Növbəti mövsümün startını buraxa bilər - "Liverpul" kapitanı
10.07.2020 - 14:23
Növbəti mövsümün startını buraxa bilər - "Liverpul" kapitanı

"Liverpul" kapitanı Cordan Henderson sıradan çıxıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XXXIV turunda "Brayton"la (3:1) qarşılaşmada zədələnən yarımmüdafiəçi üçün mövsümün başa çatdığı bildirilir.

30 yaşlı futbolçunun hətta növbəti mövsümün startını buraxması da istisna edilmir. Henderson cari mövsüm bütün turnirlərdə 40 oyun keçirib, 4 qol, 6 assistlə yadda qalıb.

Qeyd edək ki, Cordan Henderson BBC-nin azarkeşlərlə apardığı sorğunun nəticəsinə görə, Premyer Liqada mövsümün futbolçusu seçilib.