Onyekurunun keçidini açıqladı – “Qalatasaray”
25.01.2021 - 21:41
Onyekurunun keçidini açıqladı – “Qalatasaray”

“Monako”nun futbolçusu Henri Onyekurunun “Qalatasaray”a keçidi rəsmiləşib.

Apasport.az xəbər verir ki, Türkiyə klubu 24 yaşlı hücumçunu rəsmi saytı vasitəsilə təqdim edib.

Klublar arasında anlaşmaya əsasən, Onyekuru mövsümün sonuna qədər “sarı-qırmızılılar”a icarəyə verilib. Bununla Nigeriya millisinin üzvü üçüncü dəfə “Qalatasaray”da icarə əsasında çıxış edəcək.

“Cim-bom” onu mövsümün sonunda 4 milyon 350 min avro qarşılığında birdəfəlik transfer edə biləcək.