Fransanın “Lill” klubunun futbolçusu Yusuf Yazıcı komandasını dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, 23 yaşlı hücumameyilli oyunçunun İngiltərəyə köçmək variantı yaranıb.
Türkiyə millisinin üzvünün “Lill”də sərgilədiyi parlaq oyun “Arsenal”ın diqqətini cəlb edib. London təmsilçisi onu Məsut Özilə layiqli əvəzləyici hesab edir. Həmçinin “Mançester Yunayted”, PSV və “Lion” da Yazıcının çıxışını müntəzəm izləyir. Fransa klubu isə sərfəli təklif gələcəyi təqdirdə aparıcı oyunçusunu satmağın əleyhinə deyil.
Qeyd edək ki, bu mövsüm 12 oyunda 7 qola imza atan Yusuf Yazıcının “Lill” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA