Penaltilərlə het-trik – La Liqada XXI əsrin ilki
09.11.2020 - 11:37
“Valensiya”nın futbolçusu Karlos Soler İspaniya La Liqasının tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi XXI əsrdə penaltilərlə het-trik edən ilk futbolçu olub.
Soler “Real”la qarşılaşmada üç dəfə 11 metrlik nöqtədən dəqiq zərbə endirib. Bu, “yarasalar”ın 4:1 hesablı qələbəsində həlledici rol oynayıb.
0
0