Pioli ilə bağlı qərar – “Milan”dan
09.04.2021 - 12:59
İtaliyanın “Milan” klubunun baş məşqçisi Stefano Piolinin gələcək taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi çalışdırıcıya dəstək nümayiş etdirib.
A seriyası təmsilçisi Piolini növbəti mövsümdə də komandada saxlamağa üstünlük verib. “Milan”ın cari mövsümdəki nəticələri buna təsir etməyəcək. Hətta komanda Çempionlar Liqasına düşməsə də, baş məşqçi dəyişikliyi olmayacaq.
Qeyd edək ki, A seriyasının 29 turundan sonra “Milan” ikinci pillədə qərarlaşıb.
0
0