Poçettino ilə danışığa başladı – Premyer Liqa klubu
05.11.2020 - 17:11
“Tottenhem”in sabiq baş məşqçisi Maurisio Poçettino yenidən İngiltərədə çalışa bilər.
Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis “Mançester Yunayted”in maraq dairəsinə düşüb.
Mövsümə uğursuz start götürən “qırmızı şeytanlar” hazırkı çalışdırıcı Ole Qunnar Sulşerin fəaliyyətindən məmnun deyil. Bu üzdən yeni baş məşqçi axtarışına çıxan rəhbərlik Poçettino ilə ilkin danışıq aparıb. Sulşerin istefası onun təyinatını tezləşdirə bilər.
Qeyd edək ki, 6 oyunda 7 xal toplayan “Mançester Yunayted” Premyer Liqanın 15-ci pilləsində qərarlaşıb.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0