Premyer Liqa klubuna keçdi – “Marsel”dən
24.01.2021 - 12:09
İngiltərənin “Aston Villa” klubu heyətinə yeni yarımmüdafiəçi qatır.
Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa klubunun baş məşqçisi Din Smit açıqlayıb.
O bildirib ki, Fransanın “Marsel” klubunun futbolçusu Morqan Sanson Birminhem təmsilçisinə keçir. Mütəxəssis Sansonun transferinin yaxın günlərdə rəsmiləşəcəyini vurğulayıb. 26 yaşlı fransalının keçidi 14 milyon funt sterlinqə gerçəkləşəcək.
Qeyd edək ki, cari mövsümdə 19 oyuna çıxan yarımmüdafiəçi 2 qol və 3 assistə imza atıb.
0
0