Premyer Liqada üç cəzalı
01.03.2022 - 13:13
Azərbaycan Premyer Liqasının XVII turu üç futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.
Apasport.az saytının məlumatına görə, hər üç oyunçu mövsümdə 4-cü sarı vərəqəsini alıb.
“Sabah” – “Neftçi” görüşündə (0:1) Bəxtiyar Həsənalızadə meydan sahiblərinin, Yusuf Laval qonaqların heyətində xəbərdarlıqla cəzalanıb. “Səbail”lə matçda (1:0) sarı vərəqə alan Təmkin Xəlilzadə “Zirə”nin növbəti oyununu buraxacaq.
Qeyd edək ki, XVIII turda “Zirə” “Sumqayıt”la, “Sabah” “Keşlə” ilə, “Neftçi” “Səbail”lə üz-üzə gələcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0