Premyer Liqanın rekordunu qırdı – şərabın gücü 
13.03.2021 - 19:02
Premyer Liqanın rekordunu qırdı – şərabın gücü 

İngiltərə Premyer Liqasında ardıcıl 11 oyun qol vurmaqla rekord vuran Ceymi Vardinin həmin vaxt içkiyə meylli olması təsdiqlənib.

Apasport.az saytının məlumatına görə, bunu “Lester” klubunun sabiq futbolçusu Ritçi de Laet açıqlayıb.

Belçikalı müdafiəçi sabiq komanda yoldaşının çempion olduqları 2015/16 mövsümündə rekordu necə qırmasını xatırlayıb: “Bu, onun ardıcıl 11 oyunda qol vurmaqla Ruud van Nistelroyun rekordunu qırdığı vaxt olub. Həmin 11-ci görüşdən əvvəl oteldəki nömrəmizdə oturmuşduq. Bir şüşə şərabımız var idi. Özümə balaca stəkana süzdüm. Qalanını isə Ceymi qısa müddətdə “həll etdi”. Ertəsi meydana çıxıb rekordu fəth etdi. İnanılmazdır! O, oyun ərəfəsində bir neçə pint pivə içə və pitsa yeyə bilərdi. Amma yenə də qaydasında olacaqdı”.

Qeyd edək ki, bir pint 0,57 litrə bərabərdir.