“Dembeleyə çox yaxşı şərtlə yeni müqavilə təklif etdik. Daha çox pul istədiyi üçün anlaşmadı”.
Apasport.az saytının məlumatına görə, bunu “Barselona”nın prezidenti Joan Laporta hücumçu Usman Dembelenin yeni sözləşmə təklifindən imtina etməsi barədə danışarkən deyib.
Klub rəhbəri fransalı futbolçunun başqa klubla anlaşdığını düşünür: “Usmana digər klublardan iki yaxşı təklif təqdim etdik. Razılaşmaması bizi çox təəccübləndirdi. Sonuncu təklif İngiltərədən gəldi, imtina etdi və daha altı ay qalmaq qərarına gəldi. Onu başa düşmək çətindir. Biz Dembelenin başqa klubla müqaviləsi olduğunu düşünürük”.
Qeyd edək ki, Usman Dembele bu mövsüm La Liqada 6 oyunda 2 məhsuldar ötürmə verib.