Prezidenti olmaq istəyir – “Qalatasaray”ın
08.04.2021 - 11:16
“Qalatasaray” İdarə Heyətinin sədri Eşref Hamamcıoğlu klubun prezidenti olmaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, bunu “sarı-qırmızılılar”ın nümayəndəsi özü bildirib.
Hamamcıoğlu prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb: “Mən “Qalatasaray”da yetişdim. Kim olduğumun cavabı da bu klubda bəllidir. Hər gün “Qalatasaray”la yaşayanlardanam. Bu klubu özünə qaytaracağımız tarix çox yaxındır”.
Qeyd edək ki, klubda seçkilərin mayda keçirilməsi planlaşdırılır.
0
0