İspaniya La Liqasında XXVI turun mərkəzi oyununda “Atletiko” və “Real” üz-üzə gəlib.
Apasport.az saytının məlumatına görə, Madrid təmsilçiləri “Vanda Metroplitano” stadionunda qarşılaşıb.
Oyunda hesabı meydan sahibləri açıb. Luis Suares 15-ci dəqiqədəki qolla çempionatın liderini önə keçirib. Bu, “Atletiko”nun forvardının mövsümdə 17-ci qolu olub.
“Real” yalnız görüşün sonlarında məğlubiyyətdən qaçıb. Kərim Benzema bərabərlik qoluna imza atıb.
Bu, paytaxt təmsilçilərinin La Liqa çərçivəsində 168-ci oyunu olub. “Real” daha çox – 89 qələbə qazanıb. “Atletiko” 39 dəfə qalib gəlibsə, 40-cı yubiley heç-heçəsi qeydə alınıb. Top fərqi də “Kral klubu”nun xeyrinədir – 293-217.
Qeyd edək ki, 25 oyunda 59 xal toplayan “Atletiko” La Liqanın lideridir. Bir oyun çox keçirən izləyicilər “Barselona” 56, “Real” 54 xal toplayıb.