“Napoli” klubu baş məşqçisi Cennaro Qattuzo ilə mövsümün sonunda yollarını ayırmağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, buna səbəb Neapol təmsilçisinin cari mövsüm gözlənilən performansı göstərməməsidir.
A seriyasında hazırda lider “İnter”dən 15 xal geri qalan “Napoli” mövsümü ilk “dördlük”də bitirərək Çempionlar Liqasına vəsiqə qazanmaq niyyətindədir. İstənilən halda Qattuzo ilə vidalaşmağı planlaşdıran rəhbərlik onun yerinə artıq 4 namizəd müəyyənləşdirib. Prezident Aurelio De Laurentis tezliklə Mauritsio Sarri, Rafael Benites, Luçiano Spalletti və İvan Yuriçlə danışıqlara başlayacaq. Onlardan ikisi – Sarri və Benites əvvəllər A seriyası təmsilçisini çalışdırıb.
Qeyd edək ki, “Napoli” hazırda A seriyasında 6-cı pillədə qərarlaşır.