Futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, yığmamız Avropa çempionatının seçmə mərhələsində Slovakiya ilə qarşılaşıb.
Görüş Levice şəhərində baş tutub. Bu, V qrupda mübarizə aparan yığmamızın 5-ci matçı olub.
Keçirdiyi ilk 4 matçda qalib gələn Joze Alesionun yetirmələri ilk xal itkisi ilə üzləşib. İlk yarıda qol buraxan komandamız matçın bitməsinə 31 saniyə qalmış məğlubiyyətdən qaçıb – 1:1.
Bu bərabərlik millimizə qrup qalibi adını təmin etmək imkanı verib. AVRO-2022-yə vəsiqəni öncədən təmin edən komandamız izləyiciləri üçün əlçatmaz olub.
Qeyd edək ki, turun qrupumuzda keçiriləcək digər matçı sabah baş tutacaq. Yunanıstan öz meydanında Moldova ilə görüşəcək.
Avropa çempionatının seçmə mərhələsi
3-cü qrup, V tur
8 aprel
Slovakiya – Azərbaycan – 1:1
Qollar: Martin Doşa, 14:08 // Qalo, 39:29
Hakimlər: Kirill Nayshouler, Arttu Kiynaeraeynen (hər ikisi Finlandiya), Martin Matula (Slovakiya)
Levice İdman zalı
|
1 |
Azərbaycan |
5 |
4 |
1 |
0 |
18-6 |
13 |
|
2 |
Slovakiya |
5 |
2 |
2 |
1 |
17-9 |
8 |
|
3 |
Moldova |
4 |
1 |
1 |
2 |
11-15 |
4 |
|
4 |
Yunanıstan |
4 |
0 |
0 |
4 |
1-17 |
0 |