Qurban Qurbanov: "Marsel"lə bağlı düşüncələrim var"
01.02.2022 - 19:58
Qurban Qurbanov: "Marsel"lə bağlı düşüncələrim var"

“Neftçi” ilə oyuna hələ 6 günümüz var”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XV turunda “Neftçi” ilə keçiriləcək oyun barədə danışarkən deyib.

Çalışdırıcı fevralın 7-də səfərdə baş tutacaq görüşə sabahdan hazırlaşacaqlarını söyləyib: “Sabahdan həmin matçın hazırlığına başlayacağıq. Son çempiona qarşı oynayacağıq. Çox ciddi hazırlaşmalıyıq”.

Qurbanov Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə fevralın 17-dəki ilk qarşılaşma barədə hələ düşünmədiklərini bildirib: “Təbii ki, düşüncələrim var. Ancaq bunları komandaya hələ bildirməmişəm. Çox dəyişiklik etməməyə çalışacağıq. Xırda dəyişikliklər ola bilər”.