Rafinyaya əvəzləyici tapdı – “Bavariya”
09.02.2021 - 17:04
İngiltərənin “Lids” klubu “Liverpul”a keçəcək Rafinyaya əvəzləyici tapıb.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi braziliyalının yerinə onun həmyerlisini gətirmək niyyətindədir.
Lids klubu Almaniya “Bavariya”sında çıxış edən Duqlas Kostanı transfer etməyi planlaşdırır. 30 yaşlı yarımmüdafiəçi hazırda Münhen klubunda icarə əsasında çıxış edir. O, 2022-ci ilədək müqavilə ilə “Yuventus”a məxsusdur.
Qeyd edək ki, Kosta cari mövsümdə 21 oyun keçirib və 1 qol vurub.
0
0