Rail Məlikovla Ruslan Əmircanov ikinci komandaya göndərildi – divizionda
07.04.2021 - 15:33
Rail Məlikovla Ruslan Əmircanov ikinci komandaya göndərildi – divizionda

Bakının “Keşlə” klubunun əsas heyətinin iki futbolçusunu ikinci komandaya göndərilib.

Apasport.az saytının məlumatına görə, bunlar veteran futbolçular Rail Məlikovla Ruslan Əmircanovdur.

Hər iki oyunçu I divizionun XX turunun bu gün keçirilən matçında “Keşlə-2”nin heyətində meydana çıxıb. Onlar çempionatın lideri “Turan Tovuz”la görüşdə paytaxt təmsilçisinə kömək etməlidir.

Əmircanov ikinci komandada kapitan kimi meydana çıxacaq. Hər iki futbolçu mövsümdə ilk dəfə I divizionda oynayır.