İtaliyanın “Milan” klubunun futbolçusu Hakan Çalhanoğlunun taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi karyerasını hazırkı komandasında davam etdirəcək.
“Rossonyerlər” müqavilə müddəti cari mövsümün sonuna qədər olan Türkiyə millisinin üzvü ilə yeni sözləşmə üçün uzun müddətdir danışıq aparır. Tərəflər arasında artıq ilkin razılıq əldə olunub. Hakanın meneceri son detalları müzakirə etmək üçün artıq İtaliyaya yollanıb. Hazırkı məvacibi 3,5 milyon avro olan Çalhanoğlunun gələn mövsümdən maaşı 5 milyon avroya yüksələcək.
Qeyd edək ki, 2017-ci ildən “Milan”ın formasını geyinən oyunçu ilə “Mançester Yunayted”, “Atletiko” və “Yuventus” maraqlanır.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA