Roberto Karlosu arxada qoydu – Benzema
08.03.2021 - 01:13
Kərim Benzema “Real”ın tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, fransalı hücumçu İspaniya nəhənginin heyətində ən çox oyun keçirən legioner adına sahib çıxıb.
Bu, La Liqanın “Atletiko” ilə görüşündə (1:1) rəsmiləşib. Kərim “Kral klubu”nda 371-ci dəfə rəsmi matça çıxıb.
Fransalı bununla da Roberto Karlosun rekordunu arxada qoyub. Braziliyalının aktivində 370 oyun var. İlk “üçlüy”ü digər “sambaçı” Marselo qapayır – 366 matç.
0
0