Rodriyə cəlbedici təklif
28.03.2022 - 10:53
Rodriyə cəlbedici təklif

“Mançester Siti” futbolçusu Rodriyə yeni müqavilə təklif edib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin indiki anlaşması 2025-ci ildə başa çatacaq.

İngiltərə klubu onu daha bir il heyətində saxlamaq niyyətindədir. Bu məqsədlə futbolçunun maaşı da artırılacaq. Hazırda həftəyə 70 min funt sterlinq qazanan oyunçuya bu rəqəmin 125-ə çatdırılması təklif edilib. 25 yaşlı futbolçunun müqaviləni uzadacağı gözlənilir.

Qeyd edək ki, Rodri mövsümün 24 matçında 3 qola imza atıb.