Rəqiblərimizn oyununda 4 qol – Moldova sevindi
28.01.2021 - 22:54
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi davam edir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı 3-cü qrupda mübarizə start götürüb.
Qrupun ilk görüşü Moldovada baş tutub. Meydan sahibləri Yunanıstanı qəbul edib.
Dörd qolun vurulduğu matçda Moldova qələbə qazanıb – 3:1. Azərbaycan yığması sabah Slovakiya ilə görüşəcək.
Qeyd edək ki, millimiz ikinci turda Yunanıstanın qonağı olacaq.
0
0