Rusiya variantı - Tosuna
27.01.2021 - 10:33
Türkiyə millisinin futbolçusu Cenk Tosun karyerasını Rusiyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, bunu hücumçunun atası və agenti Şenol Tosun açıqlayıb.
O bildirib ki, İngiltərə “Everton”una məxsus forvard MOİK-ə keçməsi mümkündür: “Həqiqətən də klublar keçidlə bağlı danışıqlar aparır. Lakin hələ dəqiq bir şey yoxdur. Necə olacağını zaman göstərəcək”.
Qeyd edək ki, Tosunun Premyer Liqa təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Onun transfer qiyməti 7 milyon avro ilə dəyərləndirilir.
0
0