Eyni klubda ən uzun müddət çıxış edən futbolçuların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “Sport Bible”nin tərtib etdiyi “30-luq”da Avropanın aparıcı 10 liqasının klublarında karyerasını davam etdirən sadiqlər yer alıb.
Cədvələ rusiyalı İqor Akinfayev başçılıq edir. O, 17 il 8 ay 5 gündür MOİK-in əsas komandasında oynayır.
İspaniya “Barselona”sında 16 il 8 ay 5 gün keçirən Lionel Messi siyahıda ikincidir. İngiltərə “Vest Hem”inin yarımmüdafiəçisi Mark Noubl da eyni müddətdir eyni komandanın uğurları üçün çalışır.
Azərbaycan çempionatı “Top-10”a daxil olmasa da, qardaş Türkiyə təmsilçiləri bura düşüb. “Başakşəhər”in üzvü Mahmut Tekdemir “30-luq”a düşüb. 13 il 2 ay 5 gün İstanbul təmsilçisində olan futbolçu cədvəldə 16-cıdır.