DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin yer aldığı qrupda daha bir oyun keçirilib.
Apasport.az saytının məlumatına görə, Serbiya ilə İrlandiya yığmaları üz-üzə gəlib.
A qrupu çərçivəsindəki görüş Belqradda olub. Qonaqlar hesabı açsa da, serblər əzmkar qələbə qazanmağa müvəffəq olub. Aleksandar Mitroviçin qısa müddətdə dubl etməsi meydan sahiblərinə 3 xal qazandırıb.
Qrupun digər üzvü Lüksemburq isə yoldaşlıq görüşündə Macarıstanda Qətərin qonağı olub və 0:1 hesabı ilə uduzub.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, I tur
24 mart
Serbiya – İrlandiya – 3:2
Vlahoviç, 40, Mitroviç, 69, 75 – Braun, 18, Kollins, 86