Sənan Qurbanov şikayətləndi: "Mənə görə penalti idi"
01.02.2022 - 19:42
“Qarabağ"a qarşı oynamaq asan deyil”.
Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis meydana məğlubiyyət üçün çıxmadıqlarını söyləyib: “Növbəti matçda şanslarımızı dəyərləndirməyə çalışacağıq. Qol imkanlarımız oldu, amma yararlana bilmədik”.
Qurbanov son dəqiqələrdə penaltilərinin verilmədiyini düşünür: “Mənə görə penalti idi. Amma icmala baxmaq lazımdır”.
0
0