Son 14 ilin antirekordu – “Barselona”dan
21.02.2021 - 22:23
İspaniyanın “Barselona” klubu son 14 ilin antirekorduna imza atıb.
Apasport.az saytının məlumatına görə, Ronald Kumanın yetirmələri La Liqanın 23 turundan sonra cəmi 47 xala malikdir.
2006/07 mövsümündən sonra belə uğursuz nəticə olmamışdı. Həmin vaxt barselonalılar daha az – 46 xal toplayıb. Bu dəfə 47 xalı olan klub turnir cədvəlində 3-cü sırada qərarlaşıb. “Barselona” lider “Atletiko”dan 8 xal geri qalır.
Qeyd edək ki, “Barselona” bu gün “Kadiz”lə 1:1 hesablı heç-heçə oynayıb.
0
0