Super Liqa matçlarına azarkeşlər buraxılacaq – TFF cavab gözləyir
28.01.2021 - 11:18
Türkiyədə oyunların azarkeşlərin iştirakı ilə keçirilməsi bərpa edilə bilər.
Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyası (TFF) Super Liqa və aşağı liqaların matçlarında tamaşaçıları tribunalara buraxılmasını təmin etməyi planlaşdırır.
TFF-nin bu təklifi qəbul olunarsa, martın 13-dən etibarən qarşılaşmalar zamanı stadionların tutumunun 30 faizinə azarkeş buraxılacaq. Bu isə Super Liqanın martın 12-15-də baş tutacaq XXV tur görüşlərinə təsadüf edəcək.
Qeyd edək ki, Türkiyə Super Liqasında ikinci dövrəyə fevralın 29-da start veriləcək.
0
0