Super Liqanın oyununu idarə edəcək – Əliyar Ağayev
18.02.2021 - 22:12
FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununa təyinat alıb.
Apasport.az saytının məlumatına görə, o, Super Liqanın 23-cü turunda VAR sisteminin tətbiq ediləcəyi “Atromitos” – AEL Larissa qarşılaşmasını idarə edəcək.
Həmyerlimiz ertəsi gün keçiriləcək “Volos” – “Apollon Smyrnis” oyununda isə VAR hakimi olacaq.
0
0