Dortmund “Borussiya”sının futbolçusu Erlinq Haland mövsümün rekorduna imza atıb.
Apasport.az saytının məlumatına görə, norveçli Almaniya Bundesliqasının XXVIII turunun “Ştutqart”la görüşündə (3:2) yüksək sürət nümayiş etdirib.
Epizodların birində Erlinq saatda 36,04 km sürəti ilə hərəkət edib. O, Bundesliqanın cari mövsümdəki rekordunu yeniləyib. Skandinaviyalıya qədər rekord Markus Türama məxsus idi. Mönhenqladbax “Borussiya”sının üzvü 35,97 km/saat sürət nümayiş etdirib.
Bir müddət öncə dünyanın ən sürətli futbolçularının siyahısı açıqlanmışdı. Həmin cədvələ başçılıq edən Killian Mbappenin (PSJ) sürətinin 36 km/saat olduğunu nəzərə alsaq, Haland bu rekordu da qırıb.