Tarixdə 9-cu – “Liverpul”da
13.02.2021 - 17:16
İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp komandasını 300-cü matça çıxarıb.
Apasport.az saytının məlumatına görə, bu, Premyer Liqanın XXIV turun “Lester”lə görüşünə təsadüf edib.
Almaniyalı klub tarixinə 300 və daha çox matçda baş məşqçi kimi iş başında olan 9-cu mütəxəssisdir. 53 yaşlı çalışdırıcıya qədər buna 8 baş məşqçi nail olub.
Qeyd edək ki, Klopp 2015-ci ildən mersisaydlıları çalışdırır.
0
0