Tarixdə ilk – 100-ə çatdı
22.03.2021 - 12:06
Tarixdə ilk – 100-ə çatdı

“Napoli” İtaliya A seriyasının XXVIII turunda “Roma” üzərində səfər qələbəsi (2:0) qazanıb.

Apasport.az saytının məlumatına görə, görüşdə dubla imza atan Dris Mertens rekord müəyyənləşdirib.

O, İtaliya çempionatında qollarının sayını 100-ə çatdırıb. “Napoli”nin heyətində indiyə qədər yalnız iki futbolçu – Antonio Voyak (102 qol) və Marek Hamşik (100) buna nail olub. Mertens həmçinin A seriyasında 100 qol vuran ilk belçikalı kimi tarixə düşüb.

Qeyd edək ki, “Napoli” hazırda 53 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.