Transferə çıxarılır – Kriştiano Ronaldo
09.11.2020 - 12:55
İtaliyanın “Yuventus” klubu portuqaliyalı futbolçusu Kriştiano Ronaldonu transferə çıxaracaq.
Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, buna səbəb Turin təmsilçisinin üzləşdiyi maliyyə çətinlikləridir.
Koronavirus pandemiyası üzündən ciddi maddi itkilərlə üzləşən A seriyası təmsilçisi Ronaldonun maaşını verməkdə çətinlik çəkir. İldə 31 milyon avro qazanan portuqaliyalının gedişi klubdakı maliyyə durumunu nisbətən sabitləşdirməlidir.
Qeyd edək ki, Kriştianonun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.
0
0