UEFA-da işə başladı – İvan Rakitiç
24.02.2021 - 22:15
“Sevilya”nın yarımmüdafiəçisi İvan Rakitiç UEFA Uşaq Fondunun səfiri olub.
Apasport.az xəbər verir ki, bu barədə qitə futbol qurumu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, xorvatiyalı orta sahə oyunçusu fondun ilk rəsmi səfiri kimi tarixə düşüb. Rakitiç fondun təşəbbüslərində iştirak etməklə yanaşı, dünyada uşaqların yaşayışını yaxşılaşdırmaq üçün görüləcək işləri təbliğ etməklə məşğul olacaq.
Qeyd edək ki, İvan Rakitiç “Sevilya”ya ötən mövsümün sonunda “Barselona”dan keçib.
0
0