Varisinin adını açıqladı – Pele
06.03.2021 - 10:37
Əfsanəvi braziliyalı Pele PSJ-nin hücumçusu Kilian Mbappenin ünvanına tərif yağdırıb.
Apasport.az saytının məlumatına görə, futbol “kral”ı Fransa millisinin üzvünün yüksək potensiala malik olduğunu düşünür.
Pele Mbappeni özünün varisi adlandırıb: “Mbappe mənim varisim ola bilər, zarafat etmirəm. Sürətlə oynamaq qabiliyyətində onda çox şey görürəm. O, sürətlə düşünməyi bacaran hücumçudur. Top gələndə artıq nə edəcəyini bilir. Bütün bunlar bugünkü futbolda vacib xüsusiyyətlərdir”.
Qeyd edək ki, Kilian Mbappe cari mövsüm Liqa1-də 18, Çempionlar Liqasında isə 5 qol vurub.
0
0