Qadınlardan ibarət Azərbaycan millisi tarixində 3-cü tsikli başa vurub.
Apasport.az saytının məlumatına görə, bu dəfə də yığmamız uğursuzluqla üzləşib.
Debütü AVRO-2009-a təsadüf edən komandamız həmin vaxt təsnifat mərhələsində qalıb. Yalnız Estoniyanı qabaqlamağı bacaran milli 4 komanda arasında 3-cü olub.
Digər iki halda isə futbolçularımız seçmə mərhələnin 5 komandalı qrupunda mübarizə aparıb. Hər iki cəhd 5-ci yerlə nəticələnib.
Üç tsiklin hərəsində 1 dəfə qalib gələn yığma bu nəticəsini yaxşılaşdıra bilməyib. Bütün qələbələr də bir top fərqi ilə olub.
Amma bir məsələ də var ki, AVRO-2009-da üç xalı üç oyuna toplayan, DÇ-2011-in 8 görüşündə 4 xala sevinən milli geriləməkdə davam edir. Bu dəfə komanda cəmi 3 xalla kifayətlənib. Özü də 8 matçda.
|
turnir |
mərhələ |
O |
Q |
H |
M |
T/F |
X |
yer |
|
AVRO-2009 |
təsnifat mərhələsi |
3 |
1 |
0 |
2 |
4-9 |
3 |
III |
|
DÇ-2011 |
Seçmə mərhələ |
8 |
1 |
1 |
6 |
2-60 |
4 |
V |
|
AVRO-2021 |
Seçmə mərhələ |
8 |
1 |
0 |
0 |
2-35 |
3 |
V |