Fil Dişi Sahili yığmasının futbolçusu Salomon Kalunun yeni klubu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, "Çelsi"nin sabiq yarımmüdafiəçisi karyerasını Braziliyada davam etdirəcək.
6 illik "Herta" karyerasına son qoyan 35 yaşlı hücumameyilli oyunçu "Botafoqo" klubu ilə anlaşıb. Braziliya təmsilçisi onun keçidini rəsmən bəyan edib. Müqavilənin detalları açıqlanmasa da, Kalunun 2021-ci ilin sonuna qədər sözləşmə imzaladığı bildirilir.
Qeyd edək ki, 2006-2012-ci illərdə "Çelsi"dəki çıxışı ilə məşhurlaşan Salomon Kalu həmçinin "Feyenoord", "Ekselsior" və "Lill" klublarının da formasını geyinib.