“Neftçi” tarixində 9-cu dəfə Azərbaycan çempionu olub.
Apasport.az saytının məlumatına görə, bu, Premyer Liqanın sonuncu XXVIII turunda müəyyənləşib.
“Dalğa Arena”da keçirilən qarşılaşmada “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edən Samir Abasovun yetirmələri rəqibinin 7 mövsümlük hegemonluğuna son qoyub.
Bununla da 9-cu dəfə qızıl medalları qazanan komanda Azərbaycan futbolu tarixində yeni rekorda imza atıb. Gümüş medal qazanan “Qarabağ” isə 8 qat çempion kimi qalıb.
1992-ci ildən keçirilən ölkə çempionatlarında ümumilikdə 8 komanda zəfər çalıb. İki ən titullu klubdan başqa “Kəpəz” 3, “Şəmkir”, “Bakı” və “İnter” hərəyə 2, “Turan”la “Xəzər Lənkəran” hərəyə 2 dəfə qızıl medallara yiyələnib.
1992. “Neftçi” (Bakı)
1993. “Qarabağ” (Ağdam)
1993/94. “Turan” (Tovuz)
1994/95. “Kəpəz” (Gəncə)
1995/96. “Neftçi” (Bakı)
1996/97. “Neftçi” (Bakı)
1997/98. “Kəpəz” (Gəncə)
1998/99. “Kəpəz” (Gəncə)
1999/2000. “Şəmkir”
2000/01. “Şəmkir”
2001/02. Yarımçıq qalıb
2002/03. Keçirilməyib
2003/04. “Neftçi” (Bakı)
2004/05. “Neftçi” (Bakı)
2005/06. “Bakı”
2006/07. “Xəzər Lənkəran”
2007/08. “İnter” (Bakı)
2008/09. “Bakı”
2009/10. “İnter” (Bakı)
2010/11. “Neftçi” (Bakı)
2011/12. “Neftçi” (Bakı)
2012/13. “Neftçi” (Bakı)
2013/14. “Qarabağ” (Ağdam)
2014/15. “Qarabağ” (Ağdam)
2015/16. “Qarabağ” (Ağdam)
2016/17. “Qarabağ” (Ağdam)
2017/18. “Qarabağ” (Ağdam)
2018/19. “Qarabağ” (Ağdam)
2019/20. “Qarabağ” (Ağdam)
2020/21. “Neftçi” (Bakı)