Yenidən Premyer Liqa klubunun hədəfində - Rabyo
17.02.2021 - 10:24
İtaliyanın “Yuventus” klubunun futbolçusu Adrian Rabyo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Everton”un maraq dairəsindədir.
Liverpullular 25 yaşlı fransalını yayda transfer etməyi planlaşdırır. 2020-ci ilin yayında Rabyonun keçidini reallaşdırmaq istəyi gerçəkləşməyən “Everton” hədəfinə mövsümün sonunda çatmaq arzusundadır.
Qeyd edək ki, futbolçu cari mövsümün 28 oyununda 1 qol vurub.
0
0