Yığmamıza 5 qol vurdu, ölkəsində rekordçu oldu – ispan futbolçu
11.03.2021 - 16:08
Qadınlardan ibarət İspaniya millisinin bombardirlər siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, yığmanın rekordçusu ünvanı dəyişib.
Qol sayını 42-yə çatdıran Cennifer Ermoso 1-ci pilləyə yüksəlib. “Barselona”nın hücumçusunun uğurunda Azərbaycan yığması böyük rol oynayıb.
Bakıda millimizlə oyunda (13:0) beş qol vuran Cennifer bu qollarla rekorda imza atıb. O, Veronika Bokeni arxada qoyub.
2005-17-ci illərdə 56 matça çıxan sonuncu 38 dəfə fərqlənib. Ermoso yalnız 83-cü oyununda rekordu ələ keçirib.
0
0