Zubir "Qarabağ"ı məğlubiyyətdən qurtardı – YENİLƏNİB
18.01.2020 - 23:21
Zubir "Qarabağ"ı məğlubiyyətdən qurtardı – YENİLƏNİB

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama matçına çıxıb. 

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun komandası Rumıniyanın "Akademika Klinçeni" klubu ilə gücünü yoxlayıb.

"Gloria Sereniti" otelinin meydançasında baş tutan qarşılaşmaya Azərbaycan çempionu sürətli başlayıb. Artıq 10-cu dəqiqədə Abdullah Zubir hesabı açıb. Lakin 22-ci dəqiqədə bərabərlik qolunu vuran rumınlar 85-ci dəqiqədə önə keçiblər. Buna baxmayaraq, Zubir son dəqiqələrdə status-kvonu bərpa edib. 

Görüş 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, mövsümün ikinci yarısına qonşu ölkədə hazırlaşan “Qarabağ” daha 3 yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi yanvarın 22-də Qazaxıstanın "Jetisu", yanvarın 25-də Çexiyanın "Siqma" və Polşanın “Visla Plok" klublarıyla üz-üzə gələcək.

Yoxlama matçı
18 yanvar
“Qarabağ” - "Akademika Klinçeni" - 2:2
Qollar: Abdulla Zubir, 10, 89

Antalya. "Gloria Sereniti" otelinin meydançası