Almaniyalı milyarder portuqaliyalı Kriştiano Ronaldonu “Bavariya”ya gətirmək istəyir.
Apasportəaz saytı xəbər verir ki, Markus Şön adlı iş adamı Münhen klubunun direktoru Oliver Kana məktub yazaraq bu arzusunun reallaşmasında köməklik istəyib.
Şön komandayla əməkdaşlıq etməyə hazır olduğunu bildirərək, portuqaliyalı futbolçunu “Bavariya”da görmək istədiyini vurğulayıb. 37 yaşlı Ronaldonun maaşını ödəyəcəyini açıqlayan iş adamı Kandan cavab gözlədiyini vurğulayıb.
Veteran qapıçının bu çağırışa cavabı hələlik bəlli deyil.
Qeyd edək ki, bu ilin əvvəlində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçən Ronaldo 2,5 illik müqavilə qarşılığında ərəb klubundan 500 milyon avro alacaq.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı