"Arsenal" "İnter"in hücumçusu ilə maraqlanır
30.04.2024 - 11:59
"Arsenal" "İnter"in hücumçusu ilə maraqlanır

London "Arsenal"ı yay "transfer pəncərəsi"ndə hücum xəttini gücləndirmək istəyir.

Apasport.az "Teamtalk"a istinadən bildirir ki, İngiltərənin top klubu hüquqları "İnter"ə məxsus olan fransalı hücumçu Markus Tyuramla maraqlanır. 

Fransalı 2023-cü ildən İtaliya nəhəngində çıxış edir. Hücumçu "İnter"ə Münhenqladbax "Borussiya"sından keçib.

0