Türkiyə qrup lideri kimi AVRO-24-də YENİLƏNİB
22.11.2023 - 01:57
Türkiyə qrup lideri kimi AVRO-24-də YENİLƏNİB

Bu gün AVRO-2024-ün seçmə mərhələsi başa çatıb.

Apasport.az xəbər verir ki, X turun son günündə 7 matç baş tutub.

Bu görüşlərdən sonra seçmə mərhələdəki son vəsiqə sahibini tapacaq. Xorvatiya və Uels D qrupundakı son vəsiqəni əldə etmək üçün qiyabi mübarizə aparıb. Nəticədə Ermənistanı məğlub edən (1-0) Xorvatiya AVRO-2024-ə vəsiqəni təmin edib. 

Qeyd edək ki, bunadək Fransa, Türkiyə, İspaniya, Şotlandiya, Belçika, Avstriya, Portuqaliya, Macarıstan, Slovakiya, Albaniya, Danimarka, Niderland, Rumıniya, İsveçrə, İngiltərə, Serbiya, Çexiya, İtaliya və Sloveniya final mərhələsinə vəsiqə qazanıb. Almaniyadakı turnir 2024-cü il iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

AVRO-2024-ün seçmə mərhələsi
X tur, 21 noyabr

B qrupu
23:45. Cəbəllütariq – Niderland 0-6
23:45. Yunanıstan – Fransa 2-2
Xal durumu: Fransa – 21, Niderland – 15, Yunanıstan – 12, İrlandiya – 6, Cəbəllütariq - 0

D qrupu
23:45. Xorvatiya – Ermənistan 1-0
23:45. Uels – Türkiyə 1-1
Xal durumu: Türkiyə - 16, Xorvatiya – 13, Uels – 11, Ermənistan – 8, Latviya - 3

İ qrupu
23:45. Andorra – İsrail 0-2
23:45. Kosovo – Belarus 0-1
23:45. Rumıniya – İsveçrə 1-0
Xal durumu: Rumıniya – 19, İsveçrə - 17, İsrail – 12, Kosovo – 11, Belarus – 9, Andorra - 2
 

0