Beker üçün əlamətdar matç
02.01.2026 - 10:50
İngiltərə Premyer Liqasının XIX turunda "Lids Yunayted"lə oyun "Liverpul"un qapıçısı Alison Beker üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, braziliyalı qolkiperin komandanın heyətində çempionatda qol buraxmadığı matçların sayı 100-ə çatıb.
Sözügedən qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, 33 yaşlı qapıçı cari mövsüm Premyer Liqada 14 görüşdə meydanda olub.
0
0