Benzema “Real Sosyedad”a qarşı oynamayacaq
02.05.2023 - 16:50
Benzema “Real Sosyedad”a qarşı oynamayacaq

“Real”ın La Liqanın “Real Sosyedad”la oyunu üçün heyəti bəlli olub.

Apasport.az saytının məlumatına görə, Madrid klubunun futbolçusu Kərim Benzema XXXIII turun matçının sifariş vərəqindən kənar qalıb.

Bunun səbəbi açıqlanmayıb. Oyundan əvvəl fransalı hücumçunun zədəsi barədə rəsmi məlumat verilməyib.

Benzema komandasının yeganə itkisi deyil. Ferlan Mendi, David Alaba və Luka Modriç də “Real”a kömək edə bilməyəcək. Vinisius Junior isə 10-cu sarı vərəqəni aldığı üçün cəzalı durumdadır.

Qeyd edək ki, “Real Sosyedad” – “Real” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

0