Futbol üzrə İngiltərə Premyer Liqa təmsilçilərindən "Mançester Siti"nin portuqaliyalı futbolçusu Bernardo Silva yayda komandadan ayrıla bilər.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fernando Polo məlumat yayıb.
Polonun sözlərinə görə, sərbəst qalma məbləği 50 milyon avro olan Silvanın xidmətində İspaniya təmsilçisi "Barselona" maraqlıdır.
İnsayder, Bernardonun da bu keçidə müsbət yanaşdığını, yayda kataloniyalılardan təklif gəlsə, qəbul edəcəyini bildirib.
Qeyd edək ki, 29 yaşlı Bernardo Silva cari mövsüm Premyer Liqada 6 qol və 4 məhsuldar ötürmə ilə "Mançester Siti"yə fayda verib.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu