“Çelsi” Nkunkudan imtina edə bilər
01.10.2022 - 12:45
“Çelsi” Nkunkudan imtina edə bilər

“Leypsiq”in yarımmüdafiəçisi Kristofer Nkunku “Çelsi”də tibbi müayinədən keçib.

Apasport.az saytının məlumatına görə, bu, heç də fransızın transferinin baş tutacağı anlamına gəlmir.

Tibbi müayinə pleymeykerin İngiltərə klubuna keçidini tamamlamaq üçün nəzərdə tutulmayıb. Londonlular təhlükəsizliklə bağlı belə qərara gəliblər. “Zadəganlar” mövsümün sonunda onunla müqavilə imzalamaqda maraqlıdır. Ancaq tərəflər arasında hələ ilkin müqavilə imzalanmayıb. Müayinənin nəticəsinə görə, Premyer Liqa klubu bu transferdən imtina edə bilər.

Qeyd edək ki, Kristofer Nkunku “Leypsiq”ə 2019-cu ildə PSJ-dən keçib və 134 oyunda 47 qol vurub.

0