Çempionların qənimi
04.12.2023 - 16:52
Son Xın Min unikal göstəriciyə imza atıb.
Apasport.az xəbər verir ki, “Tottenhem”in hücumçusu İngiltərə çempionlarının qəniminə çevrilib.
Cənubi koreyalı forvard “Mançester Siti” ilə matçda (3:3) qol sevinci yaşayıb. Bu, Sonun qol vurduğu 4-cü İngiltərə çempionudur.
O, “Lester”, “Çelsi” və “Liverpul”un çempion titulunu daşıdığı vaxtda bu komandaların da qapısına yol tapıb. Asiyalı Premyer Liqa tarixində bunu bacaran ilk oyunçudur.
Qeyd edək ki, Min cari mövsüm Premyer Liqanın 14 matçında 9 qol vurub.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0