Bu gün Azərbaycan Premyer Liqasında XX tura start verilib.
Apasport.az saytının məlumatına görə, ilk gündə iki oyun keçirilib.
Açılış matçı “ASK Arena”da baş tutub. Autsayderlər zonasında qərarlaşan “Sumqayıt” “Keşlə”nin qonağı olub. “Gənclik şəhəri” təmsilçisinin baş məşqçi Aleksey Baqanın rəhbərliyi altında ilk qələbə həsrəti yenə davam edib. “Keşlə” hesabı açmasına baxmayaraq, qonaqlar ikinci hissədə vurduqları top sayəsində səfərdən 1 xalla dönməyə müvəffəq olub.
Günün mərkəzi oyununda medallara iddiaçılar “Neftçi” ilə “Qəbələ” üz-üzə gəlib. Bu görüş bakılılar üçün xüsusi önəm daşıyıb. Çünki “Neftçi” yaranmasının 85-ci ildönümündə meydana çıxıb. "Ağ-qaralar" yubiley günündə rəqibini darmadağın edib, ən azı bir günlük turnir cədvəlində ikinci pilləyə yüksəlib.
Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək. “Sabah” “Səbail”i (16:45), “Zirə” “Qarabağ”ı (19:00) qəbul edəcək.
Premyer Liqa
XX tur
18 mart (cümə)
17:00. “Keşlə” – “Sumqayıt” - 1:1
Qollar: Amil Yunanov, 45 - Franko Flores, 57 (pen.)
Baş hakim: Vüqar Həsənli
“Keşlə”: 1. Stanislav Namaşko, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 19. Fəhmin Muradbəyli, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 6. Franko Flores, 13. Pərviz Azadov, 95. Rəhman Daşdəmirov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 8. Tural Axundov, 5. Kərim Diniyev, 72. Aldair Neto, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 75. Vüsal Qənbərov, 54. Rəşad Həsənov
Baş məşqçi: Sənan Qurbanov
“Sumqayıt”: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 74. Yusif Nəbiyev, 78. Araz Abdullayev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 60. Elvin Məmmədov, 2. Dmitro Nağıyev, 33. Eltun Turabov, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 19. Xəzər Mahmudov, 8. Səbuhi Abdullazadə, 21. Sənan Ağayev
Baş məşqçi: Aleksey Baqa
“ASK Arena”
19:37. “Neftçi” – “Qəbələ” - 4:0
Qollar: Eddi İsrafilov, 7, 90+5, Mamadu Mbodj, 17, Gilyerme Pato, 81
Baş hakim: Elçin Məsiyev
“Neftçi”: 1. İvan Brkiç, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 91. Ramon Maçado, 27. Fərid Yusifli
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 4. Huqo Basto, 9. Tiaqo Bezerra, 77. Gilyerme Pato, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov
Baş məşqçi: Samir Abasov
“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov (k), 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 9. Fernan Lopes, 24. Patrik Robson
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 12. Rüfət Əhmədov, 2. Samet Karakoç, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
“Bakcell Arena”
|
1 |
Qarabağ |
18 |
13 |
4 |
1 |
38-10 |
43 |
|
2 |
Neftçi |
20 |
11 |
4 |
5 |
34-23 |
37 |
|
3 |
Zirə |
19 |
10 |
5 |
4 |
27-16 |
35 |
|
4 |
Qəbələ |
20 |
9 |
6 |
5 |
30-26 |
33 |
|
5 |
Sabah |
19 |
7 |
2 |
10 |
24-27 |
23 |
|
6 |
Keşlə |
20 |
5 |
4 |
11 |
22-30 |
19 |
|
7 |
Sumqayıt |
19 |
3 |
5 |
11 |
12-29 |
14 |
|
8 |
Səbail |
19 |
3 |
2 |
14 |
12-38 |
11 |
Bombardirlər: Davit Volkov (“Zirə”) - 10 qol, Filip Ozobiç, Abdullah Zubir (hər ikisi “Qarabağ”) - 8 qol