Messiyə çağırış: “Özünü PSJ-yə aid hiss etmir”
18.03.2022 - 22:27
Messiyə çağırış: “Özünü PSJ-yə aid hiss etmir”

“Messi oyunu xüsusi edən futbolçudur. Lakin bunu edərkən olduğu yerdən həzz almalıdır”.

Apasport.az saytının məlumatına görə, bunu “Barselona”nın müdafiəçisi Dani Alveş hazırda PSJ-də çıxış edən sabiq komanda yoldaşı Lionel Messi haqda danışarkən deyib.

38 yaşlı braziliyalı futbolçu Kataloniya klubunun keçmiş kapitanını doğma komandasına qayıtmağa çağırıb: “Leo özünü PSJ-yə aid hiss etmir. Bu, performansında əks olunur. Messi indiyə qədər sevimli işini sevimli yerində edirdi. Həmişə mənə deyirdi ki, onun üçün buradan yaxşı yer yoxdur. Hər hansı səbəbdən hazırda “Barselona”da deyil. Ümid edirəm ki, qayıdacaq”.

Qeyd edək ki, Lionel Messi ötən ilin yayında “Barselona”dan PSJ-yə keçib.